Robert Klopştok, Maks Brod, Oskar Pollak – Kafkanın dostları kimlər idi?  


Yazıçı Frans Kafka əsasən oxucuları üzərində tənha, vaxtını adətən tək keçirən insan təsiri bağışlasa da onun həyatında kifayət qədər tanışı, dostu, sevgilisi olub. Continue reading

Advertisements

Raynar Ştax: “Kafkanın seksual terroru tamamilə normal idi”


“Məhkəmə”nin müəllifi haqqında 3 cildlik bioqrafiyanın yazarı Raynar Ştax deyir ki, seks qorxusunu təkcə Kafka yox, əslində onun orta təbəqəyə məxsus və cinsi yolla keçən xəstəliklərdən (STD) ehtiyat edən milyonlarla yaşıdı da bölüşürdü. Continue reading

“Məhkəmə” üçün 10 soundtrack


Lithub.com saytı Frans Kafkanın “Məhkəmə” romanı üçün soundtrack hesab oluna biləcək 10 mahnını sıralayıb. Frans Kafkanın gündəliklərində musiqi dinləməyi sevmədiyi barədə yazdığı qeydi də paylaşıb. “Musiqi nadir hallarda mənə təsir edir. O, məndə ətrafımın divarlarla əhatə olunduğu hissini yaradır”. Buna baxmayaraq sayt yazıçının “Məhkəmə” romanına “yaraşdırdığı” Kafkaesk mahnıların siyahısını hazırlayıb. Continue reading

“Frans Kafka” oyunu 2017-ci ilin ən yaxşı oyunu seçilib


 

Frans Kafkanın əsərlərinin təsiri ilə hazırlanan və məcarə janrında olan oyun TOMMI mükafatını qazanıb. Oyun 2017-ci ilin ən yaxşı kompüter oyunu nominasiyasında qalib olub. Bundan əvvəl də “Franz Kafka” bir neçə mükafat qazanıb.  Continue reading

Pornoqrafik melodram


franskafksİlk gecəmi xatırlayıram. O vaxt Zeltnergasda yaşayırdıq və üzbəüzdə bir şirniyyat dükanı vardı, qapı ağzında hər zaman bir xidmətçi qız dayanardı. Artıq yaşım iyirmini keçmişdi. Üst qatdakı otaqda dövlət imtahanına girmək üçün əlimə keçənləri içəri doldurub dayanmadan məşğul olur, var-gəl eləyirdim. Yay idi, həmin il yaman bürkülər düşmüşdü. Ağzımda qorxunc Roma hüququ iki dəqiqədən bir pəncərənin qabağında dayanırdım. Continue reading

Nabokov Kafkanın məşhur həşəratını necə çəkmişdi?


Writer Vladimir NabokovFranz Kafka “Metamorfoz”dakı böcəyin qətiyyən çəkilməməsi gərəkdiyini desə də, Vladimir Nabokov onu çəkir.

 

Əgər Kafkanın “Metamorfoz”unu ingiliscə tərcüməsindən oxumusunuzsa, güman ki, bu tərcümədə çevrilmə keçirmiş Gregor Samsadan sərtqanadlı böcək, hamam böcəyi, yaxud daha ümumi mənada nəhəng bir böcək olaraq bəhs edilir. Continue reading

Kafkanın Praqası


20150724_113843Həmişə düşünmüşəm ki, ölüləri sevmək diriləri sevməkdən qat-qat asandır. Heç bir ölünün səni incitmək ehtimalı yoxdur, amma hər diri bu baxımdan potensial qəddardır. Və dirini torpağa basdırmaq ondan küsməkdən, onu unutmaqdan, ondan xilas olmaqdan qat-qat asan başa gəlir. Bir ölü ancaq Kafka qədər həm sənin digər bir parçan, həm də səni ən yaxşı başa düşən insan ola bilər. Bütün bunlar adamın içində onu görməyə can atmaq, onunla söhbət etmək arzusu yaradır. Bu arzuma yaxınlaşmağın yeganə yolu isə Praqaya getməkdir. Continue reading