Kafkanın Praqası


20150724_113843Həmişə düşünmüşəm ki, ölüləri sevmək diriləri sevməkdən qat-qat asandır. Heç bir ölünün səni incitmək ehtimalı yoxdur, amma hər diri bu baxımdan potensial qəddardır. Və dirini torpağa basdırmaq ondan küsməkdən, onu unutmaqdan, ondan xilas olmaqdan qat-qat asan başa gəlir. Bir ölü ancaq Kafka qədər həm sənin digər bir parçan, həm də səni ən yaxşı başa düşən insan ola bilər. Bütün bunlar adamın içində onu görməyə can atmaq, onunla söhbət etmək arzusu yaradır. Bu arzuma yaxınlaşmağın yeganə yolu isə Praqaya getməkdir. Continue reading

Kafkanın vəsiyyət fırıldağı


kafkaesasvesiyyet“Bütün yazdıqlarımdan yalnız bu kitablar etibarlıdır: “Hökm”, “Ocaqçı”, “Çevrilmə”, “İslah koloniyasında”, “Kənd həkimi” və “Qolodar” novellası. (“Müşahidə”nin mövcud olan bir neçə nüsxəsi qoy qalsın, onları məhv etmək üçün heç kəsə artıq əziyyət vermək istəmirəm, ancaq onların içərisindən heç nə yenidən çap olunmamalıdır).

… Yazdığım qalan bütün şeylər (qəzetdə çap olunanlar, əlyazmaları, yaxud məktublar) tam istisnasız olaraq yandırılmalıdır”. Continue reading