Nabokov Kafkanın məşhur həşəratını necə çəkmişdi?


Writer Vladimir NabokovFranz Kafka “Metamorfoz”dakı böcəyin qətiyyən çəkilməməsi gərəkdiyini desə də, Vladimir Nabokov onu çəkir.

 

Əgər Kafkanın “Metamorfoz”unu ingiliscə tərcüməsindən oxumusunuzsa, güman ki, bu tərcümədə çevrilmə keçirmiş Gregor Samsadan sərtqanadlı böcək, hamam böcəyi, yaxud daha ümumi mənada nəhəng bir böcək olaraq bəhs edilir.

 

Müəllifin orijinal mətni almanca yazdığını nəzərə alsaq, bu tərcümələrin heç birini səhv saymaq olmaz: Gregor qaçıb girməyə deşik axtaran, çoxlu ayağını havada yellədən və müəyyən növdən qabığı olan biridir.

 

Qulluqçu onu “poxböcəyi” deyə çağırır. Lakin orijinal dildəki hekayənin ilk cümləsində Gregorun çevrildiyi yeni bədənini izah edən almanca sözlər daha sirlidir və ehtimal ki, metafizik məna ehtiva etməkdədir.

 

Tərcüməçi Susan Bernofsky hesab edir ki, “həm “ungeheuer” sifəti (azman, yaxud nəhəng mənasında), həm də Ungeziefer adı “un” prefiksi ilə mənaca mənfiləşdirilən ədatlardır.

 

Ungeziefer – Almaniyanın Yuxarı Orta bölgələrində istifadə edilən və “iyrənc, ürküdücü və ürpərdici şeylər” sinifindən, “qurban verilməsi qeyri-mümkün çirkli heyvan” mənasını verən bir sözdür. Bir çox həşərat – həm böcək, həm də gəmirici – mənasında işlədilə bilər.

 

Bernofsky belə davam edir: “Kafka, oxucu olaraq, bizim Gregorun yeni bədən və vəziyyətini, eynilə Gregorun özü kimi, eyni bulanıq mərkəzdən görməyimizi istəyirdi”.

 

Bax, elə buna görə də Kafka, Gregorun rəsminin çəkilməsinə mane oldu. Naşirə yazdığı 1915-ci il tarixli məktubunda bu şərti qoyur: “Böcək çəkilməyəcək, hətta uzaqdan görünütüsü belə çəkilməyəcək”.

 

Nazik kitabın ilk üz qabığı, göründüyü kimi, tamamilə normal görünüşlü bir adamı ön plana çıxarır:

1800032_812075652162489_233484173729412830_o

 

Qorxunc bir çevrilməni xəyal edərək pərişan olmuş, lakin əslində bunu hələ təcrübədən keçirməmiş adam.

 

Buna baxmayaraq, şübhə yoxdur ki, Kafka, Gregor’u bir növ həşarat kimi xəyal edirdi. Kafkanın məktubunda almanca “İnsekt” sözü istifadə edilir və hekayənin yazılma prosesində Kafka bəzən “Wanze”, yəni böcək sözünə də müraciət edir.

Bunu yazıda çox açıq şəkildə ifadə etmək, Gregorun öz bədəninə qarşı hiss etdiyi qrotesk qorxunun təsirini azaldacaq və Kafkanın dünyagörüşünə görə, “hekayə irəlilədikcə mutasiya da davam edəcəkdi”.

Bu fikirdə olan hollandiyalı oxucu Freddie Oomkins daha sonra yazır: “Fiziki səviyyədə Gregor hekayənin bəzi hissələrində cırıltılı, heyvani bir səslə danışmağa başlayır, ayaqlarına nəzarətini itirir, tavanda asılı qalır, görmə qabiliyyətini itirir və bacısını dişləmək istəyir – baxmaraq ki, bütün bunlar onun hansı növə aid olduğunu təyin etmək üçün kifayət etmir.”

Tərcümə və təsnifatdakı çətinliklər bir yana qalsın, rus ədəbi dühalarından biri və eyni zamanda pulcuqqanadlılar sahəsində mütəxəssis olan (lepidopterist) Vladimir Nabokov hesab edirdi ki, Gregor Samsanın çevrildiyi nəsnəni dəqiq bilir. Və yazarın istəyinin əleyhinə olaraq novellanın dərslərində istifadə etdiyi nüsxəsinə böcəyin rəsmini çəkir.

Nabokov eyni zamanda öz tərcüməsində, şəkildə də göründüyü kimi, bir çox düzəliş və icmala yol verir.

4F987DC5-A7D3-4F80-9C47-EFCF4BE27A26_w640_r1_s

O, “Çevrilmə” haqqında mühazirəsində Gregorun “əsasən böyük bir böcək” olduğu nəticəsinə varır və bundan əlavə tavana qədər çıxa bilməsini də uça bilməsinin dəlili sayır.

Bütün bunlar “Metamorfoz”un müəllifinə hörmətsizlik hesab edilə bilər. Onun Folknerin əsərlərinə və Coysun “Finnegans Wake”inə qarşı olan münasibəti də nəzərə alınarsa, şübhəsiz ki, Nabokov heç vaxt ədəbi şəxsiyyətlərə çox da hörmət edən birisi olmayıb.

Buna baxmayaraq Nabokov öz  mühazirələrində Kafka haqqında danışanda belə deyir: “O, dövrümüzün ən böyük Alman yazıçısıdır. Rilke kimi şairlər və Tomas Mann kimi yazarlar onunla müqayisədə cücələr və ya plastik müqəddəslər təsiri bağışlayır”.

Müqəddəslik ehtimalını saxlamasına baxmayaraq Kafka “hər şeydən əvvəl sənətkar”dır və Nabokov inanmır ki, onun “dahiliyində hər hansı bir dini eyhama rast gəlinə bilər”. (Nabokov, “Mən burada bugs -böcəklərlə- maraqlanıram, humbugs -saxtakarlarla- deyil, deyirdi).

Kafkanın mistisizmə meylini rədd etmək onun romanının şərhlərinə uyğun gəlmir.

 

Nabokov, Kafkanı Flober ilə müqayisə etdikdə, “Kafka terminologiyasını hüquq və elm dilindən seçməyi sevir, bu da dildə ironik incəliyə səbəb olur və yazarın fərdi duyğularının mətnə qarışmasına mane olur” demişdi.

 

Bununla yanaşı, Ungeheueres U ngeziefer elmi termin deyil və Orta Alman ədəbi mənşəyi – ki, Kafka bununla tədqiqatları vasitəsilə tanış olmalı idi – kirlənmə və qurban verilmə kimi dini fikirlərə açıq-aydın işarə edir.

 

Nabokovun dəhşətverici müdrikliyinə layiq olduğu hörməti göstərməklə yanaşı, Kafkanın ən azından bu nümunədə, Bernofsky’in “bulanıq yabanılaşma hisləri” adlandırdığı və “xüsusiləşdirmənin qarşısını almaq üçün diqqətlə seçilmiş” bir dillə izah etdiyi qeyri-dəqiqliyi qəsd etdiyi görülməkdədir.

 

Kafkanın sənəti dilin bu antik laylarını istifadə etməyə istiqamətli bacarığında yatmaqdadır. İşarələrə az qala, Kabala inancına mənsub biri kimi yanaşması və əzbərlənmiş görüntülərə duyduğu antipatiya, tərcüməçiləri və bəzi romançıları dəhşətə salıb hövsələdən çıxarsa da, onun əsrarəngiz dahiliyinin qaynağı elə buradadır.

 

Tərcümə: Malik Məmmədli

Mənbə: Azadlıq radiosu

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s