Kafkanın “Amerika”sı Azərbaycan dilində


11695880_837265709700069_6676089745704652118_nFrans Kafkanın ilk roman təcrübəsi olan “Amerika” müəllifin özünün isə “İtkin” adlandırdığı roman Azərbaycanda dilinə tərcümə edilib. Elxan Rzayevin rus dilindən tərcümə etdiyi əsər “Kitab klubu” tərəfindən nəşr olunub. Continue reading

Bir itin araşdırmaları


 

kafka5Həyatım necə də dəyişdi, əslinə qalsa, heç dəyişmədi də!  İndi keçmişi xatırlayanda, itlik çağlarımı çılğın yaşadığım, itə xas işlərdə iştirak etdiyim, itlər arasında it olduğum həmin çağları yaddaşımda təzələyəndə, onlara bir balaca yaxından diqqət yetirəndə görürəm ki, burada çoxdandır nəsə yerində olmayıb, ortada kiçik bir çat yaranıb, ən təntənəli tədbirlərin tən ortasında yüngül bir narahatlıq məni çulğayıb, bəli, hərdən hətta ən etibarlı dairələrdə, hərdən niyə, tez-tez, xoşlandığım itdaşlarımdan birinin adi baxışı – haradasa təzəcə gördüyüm adi bir baxış məni pərt edir, qorxudur, ümidsizləşdirir, hətta əl-ayağımı yerdən üzürdü. Özümü haradasa sakitləşdirməyə çalışırdım, bunu etiraf etdiyim dostlarım mənə dayaq dururdu, yenidən rahat çağlarım başlayırdı, o çağlarım ki, orada hər şey gözlənilməz olsa da, laqeydliklə qarşılanmırdı, lakin laqeydliklə həyata keçirilirdi, bəlkə də qəmləndirirdi, yorurdu, ancaq əslində məni bir az soyuq, qaynayıb-qarışmayan, ürkək, hər şeyi ölçüb-biçən, fəqət küll halında intizamlı bir it kimi yaşadırdı. Continue reading

Kafkanın rəsm kaprizi


kafka sekil esasFrans Kafkanın yazdıqları təkcə o öləndən sonra yox, dostlarının, naşir tanışlarının köməyilə elə sağ ikən də çap olunurdu. Kafka üçün bu əsərləri çap etdirmək nə qədər çətin idisə, elə naşirlər üçün də göründüyü qədər asan deyildi. Çünki yazdıqları kimi özü də qəliz olan Kafkanın kaprizləri var idi… Continue reading

Yaşı ötmüş subay Blümfeld


subay blumfeldBir axşam yaşı ötmüş subay Blumfeld pillələrlə mənzilinə qalxırdı. Əziyyətli iş idi, çünki mənzili yeddinci mərtəbədəydi. Son vaxtlar pilləkənləri qalxa-qalxa fikirləşirdi ki, bu cür tənha həyat sürmək yaman  çətin imiş: indi bu yeddi mərtəbəni heç kəsin gözünə görünmədən qalxmalıdir ki, bomboş mənzilinə çatsın, orda yenə heç kəsin gözünə görünmədən ev xalatını geyinsin. Qəlyanını yandırsın, neçə illərdən bəri abunə olduğu fransızca jurnalı bir az oxusun, oxuya-oxuya da özü hazırladığı gilas arağından qurtum-qurtum içsin və nəhayət yarım saatdan sonra yatmağa getsin, ancaq yorğan-döşəyə girməmişdən əvvəl onu qaydaya salmalı olsun, çünki söz təsir eləməyən quluqçusu onu kefi istədiyi kimi yığışdırmış olur. Ürəyindən keçirdi ki, kaş bu işləri görəndə kimsə onu kənardan müşahidə eləyəydi. Continue reading

Tərcümə Mərkəzinin Kafka muzeyinə hədiyyəsi – Kafka kitabı


11196311_819000601469994_4037571312081572046_nAzərbaycan Tərcümə Mərkəzinin Praqa Kitab Sərgisinə qatılmış nümayəndə heyəti Frans Kafkanın muzeyində olub.

Mərkəzin direktoru Afaq Məsud muzeyin əməkdaşlarına Kafka yaradıcılığının ilk dəfə 1996-cı ildə Azərbaycan oxucusuna tanıtdırılması istiqamətində görülən işlərdən danışıb və Tərcümə Mərkəzinin “Dünya ədəbiyyatının korifeyləri” seriyasından nəşr etdiyi “Frans Kafka” kitabını muzeyə hədiyyə edib. Continue reading

“Çevrilmə” məşhur aktyorun səsləndirməsi ilə


1800032_812075652162489_233484173729412830_oİngilis aktyoru Benedikt Kemberbeç Frans Kafkanın “Çevrilmə” hekayəsini səsləndirib. Bu barədə “The İndependent” qəzeti məlumat yayıb.

Əsərin radio versiyasını səsləndirən aktyorun çıxışı BBC radiosunda ötən gün efirə verilib. Benediktin səsləndirməsinin 30 dəqiqəlik birinci hissəsini təqdim edirik. Continue reading

Zamzanın azadlığı…


752713Səhər yuxudan oyanıb sırf çılpaq qalmamaq üçün paltar geyinmək, pulsuz qalmamaq üçün işə getmək, özündən başqa daha bir neçə nəfərin, lap dəqiq desək bir ailənin sənin qazancından asılı olduğunu düşünüb maaşı gözləmək, ya da bunların heç birinə ehtiyac olmadan səhəri böcəyə çevrilmiş kimi oyanmaq. Hansı halda insan daha azad sayılır? Continue reading