“Frans Kafka” oyunu 2017-ci ilin ən yaxşı oyunu seçilib


 

Frans Kafkanın əsərlərinin təsiri ilə hazırlanan və məcarə janrında olan oyun TOMMI mükafatını qazanıb. Oyun 2017-ci ilin ən yaxşı kompüter oyunu nominasiyasında qalib olub. Bundan əvvəl də “Franz Kafka” bir neçə mükafat qazanıb.  Continue reading

Nabokov Kafkanın məşhur həşəratını necə çəkmişdi?


Writer Vladimir NabokovFranz Kafka “Metamorfoz”dakı böcəyin qətiyyən çəkilməməsi gərəkdiyini desə də, Vladimir Nabokov onu çəkir.

 

Əgər Kafkanın “Metamorfoz”unu ingiliscə tərcüməsindən oxumusunuzsa, güman ki, bu tərcümədə çevrilmə keçirmiş Gregor Samsadan sərtqanadlı böcək, hamam böcəyi, yaxud daha ümumi mənada nəhəng bir böcək olaraq bəhs edilir. Continue reading

Kafkanın rəsm kaprizi


kafka sekil esasFrans Kafkanın yazdıqları təkcə o öləndən sonra yox, dostlarının, naşir tanışlarının köməyilə elə sağ ikən də çap olunurdu. Kafka üçün bu əsərləri çap etdirmək nə qədər çətin idisə, elə naşirlər üçün də göründüyü qədər asan deyildi. Çünki yazdıqları kimi özü də qəliz olan Kafkanın kaprizləri var idi… Continue reading

“Bir az düşündünsə, olursan Kafkanın qəhrəmanı” – Müsahibə


elisa nicat musahibe 24 09 2014 (1)Yazıçı, filosof və ən əsası Kafka aşiqi, onun haqqında 30 məqalənin müəllifi Əlisa Nicatla Kafka haqqında, onun əsərləri, yazılarındakı rəzmlərdən danışdıq. Yazıçının AzVision.az saytına müsahibəsini təqdim edirik:

– Ədəbiyyat iki cür olur. Biri zahiri görünən ədəbiyyatdır. Məsələn, Həsən evdən çıxdı, maşına əyləşdi. Sürücü ilə salamlaşdı. Sürücü soruşdu ki, müəllim, filan yerə gedəcəyik? Və s. bu cür zahiri deyilənlər. Biri də var batini. Məsələn, sürücü bundan əvvəl düşünüb ki, bu sözü deyim, yoxsa deməyim. Yəni onun tərəddüdləri olur. Azərbaycan ədəbiyyatında bu, yoxdur. Continue reading

Kafkanın Yanouxla söhbətləri  


Gustav_YanouhQustav Yanoux haqqında

Zəngin Kafka yaradıcılığına, onun qeyri-adi düşüncə tərzinə və ziddiyyətli dünyagörüşünə daha ayxından, daha dərindən bələd olmaqda Çex musiqiçisi və ədibi Qustav Yanouxun (1903-1968) “Kafka ilə söhbətlər”i xüsusi əhəmiyyət kəsb edir.

Q.Yanoux Kafka ilə 1920-ci ilin martında sosial sığorta cəmiyyətində tanış olub. O zaman Yanouxun atası həmin cəmiyyətdə Kafka ilə birgə çalışırdı və bir dəfə oğlunun şeirlərini Kafkaya gətirib ondan məsləhət verməsini xahiş etmişdi. Continue reading

Çevrilmə


cevrilme esas sekilBir səhər gecənin narahat yuxusundan ayılan Qrezor Zamza başa düşdü ki, elə yatağındaca əcaib bir həşərata çevrilib. O, bağa çanağı kimi qartımış kürəyi üstə uzanmışdı. Üstündəki yorğanın yarısı sürüşüb yerə düşdüyündən başını qaldıran kimi qəhvəyi, qabarıq pulcuqlarla örtülmüş qarnını gördü. Bədəninin başqa əzalarından da eybəcər və cılız görünən saysız-hesabsız ayaqcıqları gözləri önündə miskincəsinə qaynaşırdılar. Continue reading

Kafka mavi ekranda


7260Bu məqalədə Frans Kafkanın əsərləri əsasında çəkilmiş filmlərin və animasiyaların keçidlərini paylaşacam. Frans Kafkanın iki romanı – “Qəsr” və “Məhkəmə” əsasında filmlər çəkilib. “Çevrilmə”, “Kənd həkimi” və “Gemeinschaft” hekayələri əsasında isə həm film, həm də animasiyalar çəkilib. Continue reading

“Öldürməsən, qatil hesab olunursan”


aforizmAlman dilində yazıb-yaradan yəhudi əsilli, çexiyalı yazıçı Frans Kafka. Kafka yalnızlığını insanlarla doldursa da, özü toz zərrəciyinə çevrilmək istəyirdi: “Əsas məsələ toz zərrəciyinə çevrilə bilməkdir. Kaş ki, toz zərrəciyi ola bilərdi, kimsə gəlib məni süpürüb otağın bir küncünə atsaydı, necə də gözəl olardı”. Onun demək olar ki, heç bir əsərində gələcəyə ümid yoxdu. Ancaq və ancaq yaşadığı vəziyyətin çətinliyi, çiyinlərə qoyulmuş yük kimi ağırlığı, insana yaşatdığı əzab var.

Continue reading

Vəsiyyət


209px-KafkaƏzizim Maks, yəqin ki, bu dəfə mən artıq yataqdan qalxa bilməyəcəm; bir ay ərzində məruz qaldığım ciyər isitməsindən sonra ağ ciyərin iltihabı tamamilə mümkündür və müəyyən təsir gücünə malik olsa da, hətta bu barədə yazmağımın özü də sətəlcəmin qabağını almaqda acizdir.

Yaranmış vəziyyətdə mənim indiyəcən yazdıqlarıma dair vəsiyyətim belədir: Continue reading