Robert Klopştok, Maks Brod, Oskar Pollak – Kafkanın dostları kimlər idi?  


Yazıçı Frans Kafka əsasən oxucuları üzərində tənha, vaxtını adətən tək keçirən insan təsiri bağışlasa da onun həyatında kifayət qədər tanışı, dostu, sevgilisi olub. Continue reading

Kafkanın Praqası


20150724_113843Həmişə düşünmüşəm ki, ölüləri sevmək diriləri sevməkdən qat-qat asandır. Heç bir ölünün səni incitmək ehtimalı yoxdur, amma hər diri bu baxımdan potensial qəddardır. Və dirini torpağa basdırmaq ondan küsməkdən, onu unutmaqdan, ondan xilas olmaqdan qat-qat asan başa gəlir. Bir ölü ancaq Kafka qədər həm sənin digər bir parçan, həm də səni ən yaxşı başa düşən insan ola bilər. Bütün bunlar adamın içində onu görməyə can atmaq, onunla söhbət etmək arzusu yaradır. Bu arzuma yaxınlaşmağın yeganə yolu isə Praqaya getməkdir. Continue reading

Kafkanın rəsm kaprizi


kafka sekil esasFrans Kafkanın yazdıqları təkcə o öləndən sonra yox, dostlarının, naşir tanışlarının köməyilə elə sağ ikən də çap olunurdu. Kafka üçün bu əsərləri çap etdirmək nə qədər çətin idisə, elə naşirlər üçün də göründüyü qədər asan deyildi. Çünki yazdıqları kimi özü də qəliz olan Kafkanın kaprizləri var idi… Continue reading

Yaşı ötmüş subay Blümfeld


subay blumfeldBir axşam yaşı ötmüş subay Blumfeld pillələrlə mənzilinə qalxırdı. Əziyyətli iş idi, çünki mənzili yeddinci mərtəbədəydi. Son vaxtlar pilləkənləri qalxa-qalxa fikirləşirdi ki, bu cür tənha həyat sürmək yaman  çətin imiş: indi bu yeddi mərtəbəni heç kəsin gözünə görünmədən qalxmalıdir ki, bomboş mənzilinə çatsın, orda yenə heç kəsin gözünə görünmədən ev xalatını geyinsin. Qəlyanını yandırsın, neçə illərdən bəri abunə olduğu fransızca jurnalı bir az oxusun, oxuya-oxuya da özü hazırladığı gilas arağından qurtum-qurtum içsin və nəhayət yarım saatdan sonra yatmağa getsin, ancaq yorğan-döşəyə girməmişdən əvvəl onu qaydaya salmalı olsun, çünki söz təsir eləməyən quluqçusu onu kefi istədiyi kimi yığışdırmış olur. Ürəyindən keçirdi ki, kaş bu işləri görəndə kimsə onu kənardan müşahidə eləyəydi. Continue reading

Zamzanın azadlığı…


752713Səhər yuxudan oyanıb sırf çılpaq qalmamaq üçün paltar geyinmək, pulsuz qalmamaq üçün işə getmək, özündən başqa daha bir neçə nəfərin, lap dəqiq desək bir ailənin sənin qazancından asılı olduğunu düşünüb maaşı gözləmək, ya da bunların heç birinə ehtiyac olmadan səhəri böcəyə çevrilmiş kimi oyanmaq. Hansı halda insan daha azad sayılır? Continue reading

Qardaş qətli


franskafksSübut olunub ki, qətl aşağıdakı kimi törədilmişdir:

Şmar, yəni qatil, aylı bir gecədə, saat doqquza yaxın Vezenin, yəni qurbanın öz bürosundan çıxıb evinə dönəcəyi küçənin tininə gəlmişdir.

Axşamın soyuğu adamın canına işləyirmiş. Ancaq Şmar mavi rəngli nazik bir pencəkdə imiş. Ancaq soyuğu hiss eləmirmiş, çünki hərəkətdəymiş. Qətli törətdiyi silahı, yəni yarı qəmə, yarı mətbəx bıçağını əlində bərk-bərk tutaraq hazır saxlayıbmış və ayın işığında ona baxırmış. Bıçağın tiyəsi ay işığında parıldayırmış və bu, Şmara bəs eləməyib. Onu küçənin daş döşəməsinə elə bərk-bərk sürtürmüş ki, qığılcım qopurmuş. Sonra da elədiyinə peşman olub, ayağının birini qaldıraraq o birinin üstündə dayana-dayana onun tiyəsini çəkməsinin qaytanına çəkib, – sanki, skripka çalırmış, – ancaq qulağı da o başıbəlalı küçədə imiş. Continue reading

“Məhkəmə” romanı – TAM MƏTN


11150246_797611456942242_440763136385220893_nCəmi 3 roman müəllifi olan Frans Kafka “Məhkəmə” romanını 1914-15-ci illərdə yazıb. Romanda 30 yaşı tamam olan gün qeyri-müəyyən səbəbdən həbs olunan Yozef K.-nın başına gələnlərdən söhbət açılır.

İlk dəfə 1925-ci ildə çap olunan bu əsər dünyanın müxtəlif ölkələrində, müxtəlif dillərdə çap olunub. Azərbaycanda isə yalnız 2012-ci ildə Vilayət Hacıyevin tərcüməsi ilə işıq üzü görüb.

Əsəri buradan PDF yükləyə bilərsiniz
Continue reading