Raynar Ştax: “Kafkanın seksual terroru tamamilə normal idi”


“Məhkəmə”nin müəllifi haqqında 3 cildlik bioqrafiyanın yazarı Raynar Ştax deyir ki, seks qorxusunu təkcə Kafka yox, əslində onun orta təbəqəyə məxsus və cinsi yolla keçən xəstəliklərdən (STD) ehtiyat edən milyonlarla yaşıdı da bölüşürdü. Continue reading

“Məhkəmə” üçün 10 soundtrack


Lithub.com saytı Frans Kafkanın “Məhkəmə” romanı üçün soundtrack hesab oluna biləcək 10 mahnını sıralayıb. Frans Kafkanın gündəliklərində musiqi dinləməyi sevmədiyi barədə yazdığı qeydi də paylaşıb. “Musiqi nadir hallarda mənə təsir edir. O, məndə ətrafımın divarlarla əhatə olunduğu hissini yaradır”. Buna baxmayaraq sayt yazıçının “Məhkəmə” romanına “yaraşdırdığı” Kafkaesk mahnıların siyahısını hazırlayıb. Continue reading

“Frans Kafka” oyunu 2017-ci ilin ən yaxşı oyunu seçilib


 

Frans Kafkanın əsərlərinin təsiri ilə hazırlanan və məcarə janrında olan oyun TOMMI mükafatını qazanıb. Oyun 2017-ci ilin ən yaxşı kompüter oyunu nominasiyasında qalib olub. Bundan əvvəl də “Franz Kafka” bir neçə mükafat qazanıb.  Continue reading

Pornoqrafik melodram


franskafksİlk gecəmi xatırlayıram. O vaxt Zeltnergasda yaşayırdıq və üzbəüzdə bir şirniyyat dükanı vardı, qapı ağzında hər zaman bir xidmətçi qız dayanardı. Artıq yaşım iyirmini keçmişdi. Üst qatdakı otaqda dövlət imtahanına girmək üçün əlimə keçənləri içəri doldurub dayanmadan məşğul olur, var-gəl eləyirdim. Yay idi, həmin il yaman bürkülər düşmüşdü. Ağzımda qorxunc Roma hüququ iki dəqiqədən bir pəncərənin qabağında dayanırdım. Continue reading

Yaşı ötmüş subay Blümfeld


subay blumfeldBir axşam yaşı ötmüş subay Blumfeld pillələrlə mənzilinə qalxırdı. Əziyyətli iş idi, çünki mənzili yeddinci mərtəbədəydi. Son vaxtlar pilləkənləri qalxa-qalxa fikirləşirdi ki, bu cür tənha həyat sürmək yaman  çətin imiş: indi bu yeddi mərtəbəni heç kəsin gözünə görünmədən qalxmalıdir ki, bomboş mənzilinə çatsın, orda yenə heç kəsin gözünə görünmədən ev xalatını geyinsin. Qəlyanını yandırsın, neçə illərdən bəri abunə olduğu fransızca jurnalı bir az oxusun, oxuya-oxuya da özü hazırladığı gilas arağından qurtum-qurtum içsin və nəhayət yarım saatdan sonra yatmağa getsin, ancaq yorğan-döşəyə girməmişdən əvvəl onu qaydaya salmalı olsun, çünki söz təsir eləməyən quluqçusu onu kefi istədiyi kimi yığışdırmış olur. Ürəyindən keçirdi ki, kaş bu işləri görəndə kimsə onu kənardan müşahidə eləyəydi. Continue reading

“Məhkəmə” romanı – TAM MƏTN


11150246_797611456942242_440763136385220893_nCəmi 3 roman müəllifi olan Frans Kafka “Məhkəmə” romanını 1914-15-ci illərdə yazıb. Romanda 30 yaşı tamam olan gün qeyri-müəyyən səbəbdən həbs olunan Yozef K.-nın başına gələnlərdən söhbət açılır.

İlk dəfə 1925-ci ildə çap olunan bu əsər dünyanın müxtəlif ölkələrində, müxtəlif dillərdə çap olunub. Azərbaycanda isə yalnız 2012-ci ildə Vilayət Hacıyevin tərcüməsi ilə işıq üzü görüb.

Əsəri buradan PDF yükləyə bilərsiniz
Continue reading

Qonşum


Mitefekkirİşlərimin əsas yükünü özüm çəkirəm. Girəcəkdəki otaqda iki qız oturur və oraya da iki yazı makinası, qovluqlar qoyulub, mənim otağımda isə bir yazı masası, kassa, məsləhət vermək üçün ayrı bir masa, yumşaq kreslolar var. İdarəmdə olan əşyalar yalnız bunlardır. Axı nə qədər sadə olsa, idarə etmək də bir o qədər asanlaşır. Mən çox cavanam, işlərim də öz axarı ilə gedir. Ona görə də heç nədən və heç kimdən şikayətlənmirəm.

Continue reading

Kafkanın 12 qadını  


d96889edf4525284c9571b7caa8“Sən bıçaqsan, Milena. Mən də bu bıçaqla dayanmadan içimi deşirəm…”

Yəqin ki, hamı bu sözləri Frans Kafkanın sevgilisi Milenaya yazdığını bilir və haqlı olaraq bunu oxuyan oxucu Kafkanın başqa birini sevə biləcəyini ağlına gətirmir. Hətta onun Milenadan əvvəl nişanlı olduğu və 500-ə yaxın məktub göndərdiyi Felisa Bauer haqqında eşidəndə təəccüblənməyə bilmir.
Continue reading

Cəza koloniyası


Ceza-Sömürgesi– Xüsusi aparatdır, – zabit səyyaha dedi və yaxşı tanıdığı aparatı müəyyən mənada məftun nəzərlərlə hərtərəfli gözdən keçirdi. Səyyah, deyəsən, komendatın dəvətini nəzakət xatirinə qəbul etmişdi; komendant onu çağırmışdı ki, komandirinin sözündən çıxmış və vəzifəcə özündən böyüyü təhqir etmiş əsgərin cəza mərasimində iştirak etsin. Bu mərasimə maraq, görünür, cəza koloniyasında o qədər də böyük deyildi. Ən azı burada, çılpaq yamacların arasındakı bu dərin, qumlu, kiçik dərədə zabit və səyyahdan başqa, kütbeyin, cırımağız, saçlarından və üz-gözündən səliqəsizlik yağan müttəhim, bir də onun ayaqlarına və əllərinə, eləcə də boynuna vurulmuş və öz aralarında digər zəncirlərlə bir-birinə bərkidilmiş ağır kotan zəncirini əlində saxlayan digər əsgər iştirak edirdi. Əslində, müttəhimin elə itsayağı məzlum görkəmi vardı ki, düşünürdün, bu dəqiqə onu yamaclarla üzüaşağı qaçırtmaq və mərasim başlayan kimi fışqırıqlayıb geri qaytarmaq olardı. Continue reading