Robert Klopştok, Maks Brod, Oskar Pollak – Kafkanın dostları kimlər idi?  


Yazıçı Frans Kafka əsasən oxucuları üzərində tənha, vaxtını adətən tək keçirən insan təsiri bağışlasa da onun həyatında kifayət qədər tanışı, dostu, sevgilisi olub. Continue reading

Raynar Ştax: “Kafkanın seksual terroru tamamilə normal idi”


“Məhkəmə”nin müəllifi haqqında 3 cildlik bioqrafiyanın yazarı Raynar Ştax deyir ki, seks qorxusunu təkcə Kafka yox, əslində onun orta təbəqəyə məxsus və cinsi yolla keçən xəstəliklərdən (STD) ehtiyat edən milyonlarla yaşıdı da bölüşürdü. Continue reading

Kafkanın Praqası


20150724_113843Həmişə düşünmüşəm ki, ölüləri sevmək diriləri sevməkdən qat-qat asandır. Heç bir ölünün səni incitmək ehtimalı yoxdur, amma hər diri bu baxımdan potensial qəddardır. Və dirini torpağa basdırmaq ondan küsməkdən, onu unutmaqdan, ondan xilas olmaqdan qat-qat asan başa gəlir. Bir ölü ancaq Kafka qədər həm sənin digər bir parçan, həm də səni ən yaxşı başa düşən insan ola bilər. Bütün bunlar adamın içində onu görməyə can atmaq, onunla söhbət etmək arzusu yaradır. Bu arzuma yaxınlaşmağın yeganə yolu isə Praqaya getməkdir. Continue reading

Tərcümə Mərkəzinin Kafka muzeyinə hədiyyəsi – Kafka kitabı


11196311_819000601469994_4037571312081572046_nAzərbaycan Tərcümə Mərkəzinin Praqa Kitab Sərgisinə qatılmış nümayəndə heyəti Frans Kafkanın muzeyində olub.

Mərkəzin direktoru Afaq Məsud muzeyin əməkdaşlarına Kafka yaradıcılığının ilk dəfə 1996-cı ildə Azərbaycan oxucusuna tanıtdırılması istiqamətində görülən işlərdən danışıb və Tərcümə Mərkəzinin “Dünya ədəbiyyatının korifeyləri” seriyasından nəşr etdiyi “Frans Kafka” kitabını muzeyə hədiyyə edib. Continue reading