Bir itin araşdırmaları


 

kafka5Həyatım necə də dəyişdi, əslinə qalsa, heç dəyişmədi də!  İndi keçmişi xatırlayanda, itlik çağlarımı çılğın yaşadığım, itə xas işlərdə iştirak etdiyim, itlər arasında it olduğum həmin çağları yaddaşımda təzələyəndə, onlara bir balaca yaxından diqqət yetirəndə görürəm ki, burada çoxdandır nəsə yerində olmayıb, ortada kiçik bir çat yaranıb, ən təntənəli tədbirlərin tən ortasında yüngül bir narahatlıq məni çulğayıb, bəli, hərdən hətta ən etibarlı dairələrdə, hərdən niyə, tez-tez, xoşlandığım itdaşlarımdan birinin adi baxışı – haradasa təzəcə gördüyüm adi bir baxış məni pərt edir, qorxudur, ümidsizləşdirir, hətta əl-ayağımı yerdən üzürdü. Özümü haradasa sakitləşdirməyə çalışırdım, bunu etiraf etdiyim dostlarım mənə dayaq dururdu, yenidən rahat çağlarım başlayırdı, o çağlarım ki, orada hər şey gözlənilməz olsa da, laqeydliklə qarşılanmırdı, lakin laqeydliklə həyata keçirilirdi, bəlkə də qəmləndirirdi, yorurdu, ancaq əslində məni bir az soyuq, qaynayıb-qarışmayan, ürkək, hər şeyi ölçüb-biçən, fəqət küll halında intizamlı bir it kimi yaşadırdı. Continue reading